Bakıda qadına qarşı soyğunçuluq edən şəxsə hökm oxunub

13:21 - 25 Avqust 2016 - Xəbər

 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Azad Camalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb."Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Məhkəmənin hökmü ilə A.Camalov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il martın 25-də baş verib. Bakı şəhər sakini Ramidə Məmmədovanın 70 manatı və sənədləri soyğunçuluq yolu ilə alınıb. Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər Şəki rayon sakini, məhkum olunmuş A.Camalov tutulub.
O, Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə ittiham olunub.

Xəbər xətti