Co Bayden: "Fətullah Gülənin Türkiyəyə ekstradisiyasına Federal Məhkəmə qərar verəcək"

15:00 - 24 Avqust 2016 - DÜNYA

 "Fətullah Gülənin Türkiyəyə ekstradisiyasına Federal Məhkəmə qərar verəcək"."Report" "Haber7"yə istinadən xəbər verir ki, bunu Türkiyədə səfərdə olan ABŞ-ın vitse prezidenti Co Bayden deyib.Məlumata görə, Co Bayden dövlət çevrilişi cəhdi zamanı Fətullahçı Terror Təşkilatının (FETÖ) bombaladığı Türkiyə Böyük Millət Məclisini (TBMM) ziyarət edib. O, parlamentin sədri İsmayıl Qəhramanla görüşüb. Daha sonra TBMM-nin terrorçuların atdıqları bombalarla dağılan hissəsinə baş çəkib. 

ABŞ-ın vitse- prezident hazırda Türkiyənin baş naziri Binəli Yıldırımla görüşür. C.Baydenin prezident Rəcəb Tayiyb Ərdoğanla görüşü də planlaşdırılır. Görüşlərdə müzakirə olunan əsas məsələ isə FETÖ-nün ABŞ-da yaşayan başçısı Fətullah Gülənin Türkiyə təhvil verilməsidir. 

Xəbər xətti