Ərdoğan əməliyyatların səbəbini açıqladı

14:48 - 24 Avqust 2016 - DÜNYA

 Türkiyə ordusunun Suriyanın şimalında həyata keçirdiyi "Fırat Kalkanı" hərbi əməliyyatı İŞİD terror qruplaşması və Suriya kürdləri qüvvələri tərəfindən yaradılan təhlükənin aradan qaldırılması məqsədi daşıyır."Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Ankarada çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Bu gün səhər saat 4-də İŞİD və Suriya kürdlərinin yaratdığı təhlükənin aradan qaldırılması üçün Suriyanın şimalında hərbi əməliyyat başlamışıq", - deyə o vurğulayıb.
R.T.Ərdoğan əlavə edib ki, rəsmi Ankara Suriyanın sərhəd ərazilərdən Türkiyə ərazisinə hücumlara son qoymaq niyyətindədir. Onun sözlərinə görə, əməliyyat təhlükə aradan qaldırılan kimi başa çatacaq.

Xəbər xətti