Türkiyə ordusu Suriyanın bir qəsəbəsini terrorçulardan azad edib

14:42 - 24 Avqust 2016 - DÜNYA

Suriyanın Kəklicə qəsəbəsi İŞİD terrorçularından azad edilib. "Report" "Haber7"yə istinadən xəbər verir ki, Türkiyə ordusu və koalisiya qüvvələrinin birlikdə keçirdikləri əməliyyat nəticəsində Suriyanın Kəklicə qəsəbəsi İŞİD-dən təmizlənib.

Məlumata görə, Kəklicə Suriyanın Tükiyə ilə sərhədindən 3 km. aralıda yerləşir. Qəsəbənin terrorçulardan azad edilməsi əməliyyatında Türkiyə ordusuna Suriya Azadlıq Ordusu və beynəlxalq koalisiya qüvvələri dəstək verib və terrorçuların mövqelərinə havadan zərbə endiriblər. 

Xəbər xətti