Turizm mərkəzində şort qadağasına aydınlıq gətirildi - RƏSMİ

14:39 - 24 Avqust 2016 - Xəbər

“Lahıc qəsəbəsində şortla gəzməyə 2013-cü ildə Rəfiqə İsmayılova bələdiyyə sədri olduğu dövrdə qadağan olunmuşdu. İndi Lahıcda belə bir söhbət müzakirə mövzusu belə deyil. Hamısı yalandır”.Bunu Lent.az-a açıqlamasında Lahıc Bələdiyyəsinin hazırkı sədri Rövşən Əliyev deyib.
Qadağa ilə bağlı yayılan xəbərlərin şayiə və fotoşəkilin 3 il əvvələ aid olduğunu deyən R.Əliyev bildirib ki, indi Lahıcda belə bir qadağa  yoxdur: “Fotoşəkilin altında yazılan qeyddən də görünür ki, qadağa Rəfiqə xanımın sədrliyi dövründə qoyulub. Bu da bir səhv fikir idi. R.İsmayılova da 2014-cü ilə qədər bələdiyyə sədri işləyib.  Hazırda Lahıcda belə bir söhbət ola bilməz. Lahıca səhərdən axşama qədər nə qədər turist gəlib-gedir. Axı biz onlara deyə bilmərik ki şort geyinmə”.

 
 

Xəbər xətti