Nabranda dənizdə batan qız xilas edildi

14:33 - 24 Avqust 2016 - Xəbər

 Nabran çimərliyində dənizdə batan 18 yaşlı qız sudan sağ çıxarılıb. Məlumata görə, Quba rayon sakini 1998-ci il təvəllüdlü Fəzilə Taleh qızı Abbasova dənizdə batıb və Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri tərəfindən 20 dəqiqədən sonra sudan çıxarılıb və ilkin tibbi yardım göstərilərək həyata qaytarılıb. 

F.Abbasova təcili tibbi yardım maşını ilə Xudat şəhər Xəstəxanasına aparılıb və Reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan bildirilib ki, onun vəziyyəti normaldır və həyatı üçün heç bir təhlükə yoxdur.report

Xəbər xətti