Salyanda meyiti tapılan qadını atası qətlə yetirib

11:37 - 24 Avqust 2016 - HADİSƏ

Salyan şəhərində bir neçə gün əvvəl meyiti tapılan Gülnar Qurbanovanın qətlə yetirildiyi məlum olub.Rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, G.Qurbanovanı atası Eldar Qurbanov boğaraq öldürüb.

Araşdırmalar davam etdirilir.
Xatırladaq ki, avqustun 21-də Salyan şəhərində mənzildə 33 yaşlı Qurbanova Gülnar Eldar qızının meyiti tapılıb.

Xəbər xətti