İrandan narkotik gətirən azərbaycanlı saxlanılıb

11:33 - 24 Avqust 2016 - Xəbər

Biləsuvar rayonunda sərhəddən qanunsuz yolla narkotik keçirməyən istəyən şəxs saxlanılıb. Dövlət Gömrük Komitəsinin saytında verilmiş məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı həmin şəxsin üzərində gömrük nəzarətindən gizlədilmiş 1 ədəd bükümdə, xalis çəkisi 0,52 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti