Dənizdə batan gəncin cəsədi tapıldı

11:31 - 24 Avqust 2016 - HADİSƏ

Dünən Lənkəran şəhərində dənizdə çimərkən batan şəxsin axtarışları başa çatıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında verilmiş xəbərə görə, 1992-ci il təvəllüdlü Əli İltifat oğlu Babayevin cəsədi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyati üzrə təhvil verilib.  Əməliyyat bu gün saat 08:15-də başa çatıb.

Xəbər xətti