Gəncədə əməliyyat zamanı baş vermiş ölümlə bağlı cinayət işi açıldı

15:29 - 23 Avqust 2016 - Xəbər

Gəncə şəhərində əməliyyat zamanı baş vermiş ölüm faktı ilə bağlı cinayət işi açılıb.Gəncə şəhər prokurorluğundan verilən məlumata görə, avqustun 23-də Gəncə şəhər sakini, 1999-cu il təvəllüdlü Aygül Orucovanın “Yeni Gəncə” tibb mərkəzində burundan estetik əməliyyat olunarkən vəfat etməsi barədə Gəncə şəhər prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.
Araşdırma zamanı toplanmış materialda A.Orucovanın ehtiyatsızlıqdan öldürülməsi cinayətinin əlamətləri mövcud olduğundan fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Ölümün səbəblərinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri istintaq tədbirləri aparılıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Xəbər xətti