Yardımlıda atasını öldürən şəxsin tələbə olduğu açıqlanıb

12:15 - 23 Avqust 2016 - Xəbər

 Yardımlı rayonunda atasını öldürən şəxsin tələbə olduğu məlum olub. "Report"un məlumatına görə, Qaçay Nadir oğlu Şahverənov Quba Dövlət İqtisad Kollecinin Yol hərəkətinin təşkili fakültəsinin 3-cü kurs tələbəsidir. Məlumat üçün bildirək ki, ötən gün rayonun Alar kənd sakini 1999-cu il təvəllüdlü Q.Şahverənov ailə münaqişəsi zəmnində atası Nadir Şahverənovu ov tüfəngi ilə vuraraq öldürüb. Yaralı aldığı xəsarətdən yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti