Bayraq meydanının sabiq rəisinin apellyasiya məhkəməsi başladı

11:17 - 23 Avqust 2016 - Xəbər

Bu gün Bakı Apellyasiya Məhkəməsində dələduzluq və mənimsəməyə görə məhkum olan Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov və onunla birgə həbs edilən İsfəndiyar İsfəndiyarov, Arzu Məmmədov birinci instansiya məhkəməsinin hökmündən verdikləri şikayət üzrə məhkəmə prosesi başlayıb.Lent.az-ın məlumatına görə,  hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb.
Məhkəmə baxışı avqustun 26-a təyin edilib.
Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi R.Məmmədov ötən ilin may ayında həbs edilmişdi.  R.Məmmədov CM-nin 178.3.2-ci (külli miqdarda dələduzluq), 179.3.2-ci ( külli miqdarda dələduzluq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinərək 1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edilmiş və təqsirləndirilən digər şəxslərlə birlikdə məhkəmə zalından azadlığa buraxılmışdı.  
Hər üç şəxs barələrindəki hökmdən apellyasiya şikayəti verərək, bəraətlərini tələb edir.

Xəbər xətti