Gəncədə əməliyyat zamanı dünyasını dəyişən qızın ÖLÜM SƏBƏBİ

11:00 - 23 Avqust 2016 - Xəbər

 Burnundan estetik əməliyyat olunan 17 yaşlı qız ona vurulan narkozdan sonra ayılmayıb. Gəncə şəhər Prokurorluğundan “Report”a verilən məlumata görə, avqustun 22-də Yeni Gəncə qəsəbəsində yerləşən Yeni Gəncə Özəl Tibb Mərkəzində əməliyyat zamanı şəhər sakini 1999-cu il təvəllüdlü Aygül Vüqar qızı Orucova ölüb. Burnundan estetik əməliyyata alınan A.Orucova vurulan narkozdan ayılmayıb. Dərhal həkimlər tərəfindən bu halın qarşısını almaq üçün tibbi yardımlar göstərilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırma davam etdirilir.

Xəbər xətti