86 yaşlı anasını döyə-döyə öldürən oğul 18 il azadlıqdan məhrum edilib

16:58 - 22 Avqust 2016 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 86 yaşlı anasını döyə-döyə öldürməkdə təqsirləndirilən İqor Avşarovun cinayət işi üzrə məhkəməsi başa çatıb.Lent.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən İqor Avşarov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki,  bu il aprelin 25-də Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan 78 yaşlı Lidiya Avşarovnanın üzərində döyülmə üçün xarakterik olan meyiti mənzilində tapılıb.

Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş 56 yaşlı oğlu İqor Avşarov tutulub.
Müəyyən edilib ki, 86 yaşlı Lidiya Avşarova xeyli vaxtdır, yataq xəstəsi imiş. Gözlərinə qara su gələn ahıl qadının 10 ilə yaxındır ki, gözləri tutulub və ailə üzvləri onun qayğısına qalırmış.
Anasının tez-tez onu çağırıb saatı soruşmasından, yemək-su istəməsindən bezən 56 yaşlı İqor Avşarov aprelin 25-də evdə sərxoş vəziyyətdə yatarkən növbəti dəfə onu dünyaya gətirən qadının səsini eşidib. Anasının qayğısına qalmaqdan bezən oğul əsəbi halda ona tərəf şığıyıb və təpiklə qadının başına zərbələr endirib. Ağır xəsarətlər alan qadın hadisə yerindəcə keçinib.

Xəbər xətti