“Azadlıq” qəzetinin direktoruna qarşı yeni ittiham irəli sürülüb

12:42 - 22 Avqust 2016 - Xəbər

Əli Kərimlinin köməkçisi, “Azadlıq” qəzetinin yayım işləri üzrə direktoru Faiq Əmirliyə qarşı yeni ittiham irəli sürülüb. Onun barəsində şübhəli şəxs qismində saxlanma ittihamı təqsirləndirilən şəxsə dəyişdirilib. Lent.az-ın məlumatına görə, yeni ittihamda F. Əmirli dini ayinlərin icrası zamanı vətəndaşları iğtişaşa sövq etmə və ya onların hüquqlarına qəsd etmədə təqsirli bilinir. 
O da bildirilir ki, ittiham aktında F.Əmirli Fətullah Gülən Hərəkatının Azərbaycandakı imamı kimi təqdim olunur. 
Xatırladaq ki, F.Əmirli maşınından Gülenə aid kitab və CD-lər çıxarıldığı üçün şübhəli şəxs qismində saxlanılıb. 

Xəbər xətti