Rusiya kanalının Rövşən haqqında bir müddət öncə çəkdiyi film ortaya çıxıb- VİDEO

11:48 - 22 Avqust 2016 - Cəmiyyət

Məlum olduğu kimi, məşhur kriminal avtoritet avqustun 17-də gecə saatlarında Türkiyənin İstanbul şəhərində naməlum killerlər tərəfindən içərisində özü ilə bərabər daha iki nəfərin olduğu “Range Rover”in gülləbaran edilməsi nəticəsində dünyasını dəyişib. Avtomobildən killerlərə cavab atəşi açılıb. “Range Rover”in sürücüsü və Rövşən Lənkəranski çoxsaylı güllə yaraları alıb. Aldığı yaralardan sürücü yerində keçinib, kriminal avtoritet isə başından aldığı güllə yarasından xəstəxanada ölüb. Türkiyə polisindəki mənbələrin bildirdiyinə görə, Lənkəranskiyə 5 güllə dəyib. Güllələrdən biri onun gözündən dəyib və beynini dağıdaraq başının arxa tərəfindən çıxıb.
Sizinyol.com saytınının xəbərinə görə, mərhum Rövşən Lənkəranskinin barəsində Rusiya kanalının bir müddət öncə çəkdiyi film ortaya çıxıb. Rusiya kanalında çəkilən həmin filmi sizə təqdim edirik:

Xəbər xətti