Türkiyədə toyda baş verən partlayışın VİDEOsu

12:23 - 21 Avqust 2016 - DÜNYA

Türkiyənin Qaziantep şəhərində toy mərasimində baş verən partlayışın görüntüləri yayılıb."Report" xəbər verir ki, videodan partlayışın mərasimin ən qızğın anında törədildiyi müşahidə olunur.Partlayış baş verən kimi zalda çaxnaşma yaranıb, qonaqlar hara qaçacaqlarını bilməyiblər. Həmçinin müəssisənin çıxışı dar olduğundan, insanların təxliyə olunmasında bəzi çətinliklər yaranıb.Hadisə nəticəsində ən azı 30 nəfər ölüb, 100-ə yaxın insan yaralanıb. Bombanı terrorçu-kamikadzenin işə saldığı ehtimal edilir.

Xəbər xətti