"Bakı Metropoliteni" ödənişsiz kurslar təşkil edir

13:40 - 19 Avqust 2016 - Xəbər

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti "Eskalator təsərrüfatı üzrə növbətçi dispetçeri" və "Mühəndis-texniki avadanlıqlar üzrə növbə dispetçeri" vəzifələri  üzrə ödənişsiz kurs təşkil edir. QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən ucnoqta.az-a verilən məlumata görə, kurs 6 ay müddətində davam edəcək. Kursu müvəffəqiyyətlə bitirənlər "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində müvafiq vəzifə üzrə işlə təmin ediləcəklər.

Kursda iştirak tələbləri:

• Yaş: 22 - 30 arası

• Cinsi: kişi

• Hərbi mükəlləfiyyətli

• Təhsil: Texniki ali

• Dil bilikləri:

• Azərbaycan dili - əla

• Rus dili - yaxşı

• Digər xarici dil bilmək arzuolunandır 

• Qeydiyyat: Bakı şəhəri

Şöbə rəisi bildirib ki, kursda iştirak etmək istəyənlər "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq" bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdırlar. (http://metro.gov.az/az/career/workforus) Anket doldurularkən "İşləmək istədiyiniz işin adı" xanasına "Dispetçer" vəzifəsinin qeyd edilməsi zəruridir.

Müraciətlər avqustun 25-dək qəbul edəcək.


Xəbər xətti