Ev sahibəsini hədələyərək pul və qızıllarını alan usta tutulub

13:25 - 19 Avqust 2016 - Xəbər

Bakıda işlədiyi evin sahibəsinə bıçaqlayan şəxs tutulub. Daxili İşlər Nazirliyinin saytında verilmiş məlumata görə, avqustun 3-də Nəsimi rayonu ərazisində yaşayan Ulduz Rüstəmova 20-ci Polis Bölməsinə müraciət edərək avqustun 2-də evində usta işləmiş Akif adlı şəxsin onu bıçaqla hədələyib 270 manat pulunu, qızıl üzüyünü və 1 cüt qızıl sırğasını almasını bildirib.
Nəsimi rayonu RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Akif Vəzirov tutulub.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Xəbər xətti