Gömrükçülər xeyli sayda qanunsuz siqaret və araq aşkar etdi

13:01 - 19 Avqust 2016 - Xəbər

Gürcüstandan Azərbaycana xeyli sayda qanunsuz siqaret və spirtli içkinin keçirilməsinin qarşısı alınıb.Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn mikroavtobusa gömrük baxışı keçirilib.
Baxış zamanı, həmin nəqliyyat vasitəsinin yük yerində, mikroavtobusda sərnişin qismində əyləşən Azərbaycan vətəndaşına məxsus sellofan torbalarda Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış - 244 ədəd 0,5 litrlik, 20 ədəd 1 litrlik xarici markalı araqlar, 18 min ədəd isə xarici markalı siqaret aşkar edilib.


Xəbər xətti