Şamaxıda bələdiyyəyə məxsus sahədə yanğın

17:19 - 18 Avqust 2016 - Xəbər

Bu gün saat 14:00 radələrində Şamaxı rayon Şərədil bələdiyyəsinə məxsus kolluq örüş sahəsində yanğın hadisəsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, yanğının söndürülməsi və meşə fondu torpaqlarına keçməsinin qarşısını almaq məqsədilə nazirliyin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası təcili olaraq hadisə yerinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində təcili tədbirlər həyata keçirilir.

Xəbər xətti