Abşeronda qaz təchizatında məhdudiyyətlər olacaq

17:07 - 18 Avqust 2016 - Xəbər

 Avqustun 19-da saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Qobu”, “Müşviqabad”, “Aşağı Güzdək” və “Pirəküşgül” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. SOCAR-dan verilən məlumata görə, təmir müddətində Abşeron rayonunun Qobu, Müşfiqabad, Aşağı Güzdək, Ceyranbatan və Pirəküşgül qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq. 

Xəbər xətti