Türkiyənin baş naziri: "Elazığda 3 polis şəhid olub, 217 nəfər yaralanıb"

16:45 - 18 Avqust 2016 - DÜNYA

 "Elazığda Təhlükəsizlik İdarəsinin binası qarşısında törədilən partlayış nəticəsində 3 polisimiz şəhid olub, 217 nəfər yaralanıb"."Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım hadisə yerinə - Elazığda səfəri zamanı bildirib.

Onun sözlərinə görə, terror nəticəsində yaralanan 217 nəfərin 72-si ambulator müalicəyə göndərilib, 145-i isə 5 xəstəxanada müalicə olunur: "Müalicə edilən yaralıların 85-i polis, 60-ı isə mülki sakindir. Yaralıların arasında 20-nin vəziyyəti nisbətən ağırdır. 14 yaralının isə vəziyyəti daha ağırdır. Onların da ikisi polisdir ".

Xəbər xətti