Oruc Zalov: "Referendum ərəfəsində icazəsiz mitinqlərə imkan verilməyəcək"

14:46 - 18 Avqust 2016 - Xəbər

“Referendum zamanı ictimai asayişin qorunması üçün daxili işlər orqanları tərəfindən bütün tədbirlər görüləcək”.Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə daxili işlər nazirinin müavini Oruc Zalov deyib.O.Zalov bildirib ki, referendum ərəfəsində icazəsiz yürüşlərin, mitinqlərin, piketlərin keçirilməsinə imkan verilməyəcək: “Ümumiyyətlə, bu işə xələl gətirmək istəyənlərə heç bir imkan verilməyəcək”.Nazir müavini qeyd edib ki, qeydə alınmış təşviqat qrupları isə öz təşviqatlarını aparacaqlar: “Referendum günü seçki prosesinə xələl gətirmək istəyənlərin qarşısını almaq üçün polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq. Əgər bu kimi hallar baş verərsə, polis əməkdaşları DSK-nın çağırışından 10-15 dəqiqə sonra orada olacaq”.
O.Zalov əlavə edib ki, təşviqat qruplarının qeydə alınması üçün imzaların toplanması zamanı hüquq-mühafizə orqanları qarşıya çıxan problemləri yerindəcə aradan qaldırır: “Bəzi problemlər meydana çıxır. Biz bu məsələləri aradan qaldırırıq. Bu gün isə ciddi heç bir problem yoxdur”.

Xəbər xətti