Qonşusunu bıçaqlayan şəxs 5 il azadlıqdan məhrum edildi

13:32 - 18 Avqust 2016 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu bıçaqlamaqda təqsirləndirilən Vüsal Rəsulovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb. Lent.az-ın  məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə V.Rəsulov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, V.Rəsulov qonşusu Şakir Adnayevi bıçaqlayıb. Məhkəmə prosesində zərərçəkmiş qonşusundan şikayətçi olmadığını bildirib.
V.Rəsulov Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub.

Xəbər xətti