Gəncədəki qətllə bağlı rəsmi məlumat

13:07 - 18 Avqust 2016 - Xəbər

Gəncə şəhərində baş vermiş qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayılıb. DİN-dən verilən məlumata görə, avqustun 17-də Gəncə şəhərinin Cavadxan qəsəbəsində yaşayan Məhəbbət Vəliyevanın evinə gəlmiş Samux rayon sakini, qeyri-rəsmi nikah münasibətlərində olduğu Ruslan Qurbanov ailə-məişət münaqişəsi zəminində ona və bacısı Nailəyə bıçaqla xəsarət yetirib. M.Vəliyeva hadisə yerində ölüb.
R.Qurbanov könüllü olaraq Nizami (Gəncə) RPİ-yə gələrək istintaqa təslim olub.
Araşdırma aparılır.

Xəbər xətti