Yeni “Ford Trucks” seriyası ilə “Hər yükdə birlikdə” – FOTOLAR

02:24 - 18 Avqust 2016 - AVTO

“Ford Otosan” “Avro 5” standartına uyğun “Ecotorq” motorla təchiz olunan “Ford Trucks” seriyasından yeni istehsal etdiyi yük avtomobilini Bakıda təqdim edib.

Yeni “Ford Trucks” seriyası güclü, texnolji və məhsuldar

“Hər Yükdə Birlikdə” şüarı ilə Azərbaycan bazarına çıxarılan yeni yük maşını 480 at gücü və 2500 dərəcə dönmə bucağı ilə sürücülərə yüksək idarəetmə performansı verir. Yanacaq sərfiyyatına görə özündən əvvəlki modelə görə 8,5 faiz daha qənaətcil olan yeni “Ford Trucks” seriyası sərfəli olması ilə də diqqət çəkir. Bu modelin yanacaq sərfiyyatı müstəqil laboratoriyalar tərəfindən aparılan testlərdə ən rəqabətədavamlılar sırasına düşüb.
Bundan başqa, yeni modeldə əyləc sistemi öncəki modelə nisbətən 7 dəfə daha yaxşılaşdırılıb. Belə ki, 400 KW-lıq motor əyləc sisteminə əlavə olaraq 600 KW-lıq “Intarder” seçimi də təklif edilib. Ümumilikdə 1000 KW-lıqəyləc funksiyasına malik olan bu modeldə yolda təhlükəsiz hərəkətə nə qədər önəm verildiyi nümayiş etdirilib.
Motor keyfiyyəti ilə yanaşı aerodinamik xüsusiyyətləri ilə də “Ford Ginetik Dizayn” fəlsəfəsinə uyğun olan yeni yük maşınında, dönmə bucağı 22 faiz, arxa hava asması sayəsində yük götürmə qabiliyyəti isə 1 ton daha artıb.
Yeni “Ford Trucks” seriyasından olan bu yük maşınının periyodik servis xərcləri 90 km və 750 saata qədər uzadılıb. Azaldılmış xərcləri sayəsində də rəqabətdə öncə çıxdığı aydın görünür.

İnşaat sahəsində “güc” yüksəlir

İnşaat sektorunda da işlədilməsi mümkün olan yeni “Ford Trucks” modeli “Ecotorq” motor sayəsində eniş və çətin keçilən yollarda gücünü göstərərək sürücülər üçün rahat idarəetməni təmin edir.İnşaat sektoru üçün daha öncəki modeldə təklif edilən 360 at gücü yeni modeldə 420-yə çıxarılıb. Bununla da ən çətin inşaat işlərində də yüksək performans göstərir. Ən sərt eniş və yoxuşları isə rahatlıqla keçə bilir.
Yeni “Ford Trucks”ın inşaat sektoru üçün nəzərdə tutulan versiyasındakı digər bir yenilik avtomatik transmissiya xüsusiyyətidir. Dönmə bucağının 22 faiz daha yaxşılaşdırılması sayəsində ağır şəraitli tikinti meydanlarında edilən manevr sayını azaltmağa kömək edib. Artıq sürücülər daha az manevr edərək rahat idarəetmədən zövq alacaqlar.

Evaukator seriyasında məhsuldarlıq artır

Yeni “Ford Trucks”ın evakuator modellərində 480 at gücündəki motorun yanacaq sərfiyyatı 8,5 faiz daha azalıb.Bundan başqa servis müddətinin vaxtı da 25 faiz artırılaraq sahiblərinə daha qənaətcil büdcə şansı verir. “Ford Trucks”ın yol nəqliyyat seriyasında avtomatik transmissiya və müasir texnologiyası sayəsində məhsuldarlıq və təhlükəsizlik birlikdə təmin edilir.
Bu modellərdə arxa oxlardakı mexaniki asmanın yerinə hava körük sistemi seçimi edilib. Həmçinin, kampana əyləc sisteminin yerinə isə disk əyləc sisteminin istifadə edilməsi sürücüyə rahalıq verir.

Yeni “Ford Trucks” seriyası necə mükəməlləşdirildi?

- “Ecotorq” motorlarının və 2016 model “Ford Trucks” modellərinin hazırlanması üçün 150 milyon avro sərmayı yatırılıb.
- 750 mühendis 4 il ərzində çalışıb.
• 8 müxtəlif bölgədə çox test sürüşü edilib.
• Yeni “Ford Trucks” seriyası dünyanın ən çətin yollarında 3 qitədə və 8 fərqli ölkədə 2 milyon kilometrdən çox test yürüşü edilib.


Xəbər xətti