BQXK-nın nümayəndələri Azərbaycana keçən erməniyə baş çəkiblər

14:05 - 17 Avqust 2016 - Xəbər

 Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı ofisinin əməkdaşları Azərbaycan sərhədini qanunsuz olaraq keçən Ermənistan vətəndaşına baş çəkiblər."Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, komitə təmsilçiləri vasitəsi ilə ailəsinə məktub göndərib.
Qeyd edək ki, Ermənistanın Ararat rayonun Ayqepat kəndinin sakini 1954-cü il təvəllüdlü erməni Henrik Sayerbekoviç Aqekyan avqustun 7-də Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində sərhədi pozarkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.

Xəbər xətti