Bakıda əri tərəfindən qətlə yetirilən qadın hamilə olub

13:58 - 17 Avqust 2016 - Xəbər

 Bakıda qeyri-rəsmi nikah münasibətində olduğu Altay Həsənov tərəfindən öldürülən Yasəmən Novruzovanın hamilə olduğu açıqlanıb.
Xəzər Rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, 34 yaşlı qadın qətlə yetirilərkən 4 aylıq hamilə imiş.
Xatırladaq ki, hadisə paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 37 yaşlı Altay Həsənov polisə qeyri-rəsmi nikah münasibətində yaşadığı həyat yoldaşı 34 yaşlı Yasəmən Novruzovanın itkin düşməsi barədə məlumat verib.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində A.Həsənovun Y.Novruzovanı qətlə yetirərək yaşadığı evin həyətində basdırdığı məlum olub.
Meyit ekspertlərin iştirakı ilə basdırıldığı yerdən çıxarılıb.
A.Həsənov tutulub.
Araşdırmalar davam etdirilir.

Xəbər xətti