Azərbaycanda uşaqlar arasında bağırsaq infeksiyaları artıb

13:02 - 17 Avqust 2016 - Cəmiyyət

“Azərbaycanda son illər hebatit A xəstəliyi, yəni su ilə və təmas yolu ilə yayılan xəstəlik hallarında azalma ilə müşahidə olunur. Bu da suyun təmizlənməsi, içməli suya nəzarət sahəsində görülən işlərlə bağlıdır”.Lent.az-ın məlumatına görə, bunu Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.A.Əliyevanın sözlərinə görə, ölkədə su ilə yayılan infeksiyalar uzun illərdir ki, qeydə alınmır: “ Azərbaycanda artıq çoxdandır ki, həm virus ideologiyalı, həmdə bağırsaq xarakterli infeksiya artımı da rastlanmır. Bundan başqa, qarın yatalağı parativlər, su ilə yayılan digər bağırsaq infeksiyaları da hazırda yoxdur. Amma mövsümi olaraq, bağırsaq infeksiyaları ötən aylarla müqayisədə xüsusən də uşaqlarda nisbətən artıb . Bu da əsasən məişət şəraitində yoluxma ilə baş verir. Bütün xəstəlik hadisələri seporadik olaraq qeydə alınır. Yəni bir-biri ilə əlaqəli deyil”.
Məişətdə analar tərəfindən uşaqların qidalanmasında gigiyenik qaydaların pozulduğuna xüsusi diqqət çəkən direktor müavini bildirib ki, uşaqların yeməkləri düzgün şəraitdə saxlanılmır və uşaqlarda bağırsaq çöpü xəstəliklərinin artması da bununla bağlıdır.  
A.Əliyeva bildirib ki, son 2 ildə Azərbaycanda qızılca və məxmərək xəstəlikləri qeydə alınmır: “ 2015-ci il oktyabr ayında Ümumdünya Səhiyyə Təşkilatının tədbirində bir sıra ölkələr haqında qərar qəbul edilib: Azərbaycana da şamil edilən bu qərarla 20 ölkədə qızılca elminasiyası elan edilib. Bu da o deməkdir ki, Azərbaycanda bu xəstəliklərin profilaktikası sahəsində aparılan tədbirlər qənatbəxşdir”.
Afaq Əliyeva qeyd edib ki, bu nəticəni əldə saxlamaq üçün yenə də əlavə tədbirləri davam etdirməliyik: “247 nəfərdən səpkili xəstəliklərlə bağlı qan götürülüb, laboratoriyaya göndərilib. Nəticələr müsbət çıxıb”.

Xəbər xətti