Evdən 9000 manatlıq qızıl əşyalar oğurlayan şəxs yaxalanıb

12:45 - 17 Avqust 2016 - Xəbər

Avqustun 11-də Bakıda baş vermiş oğurluq faktı ilə bağlı saxlanılan var. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumatda deyilir ki, Xətai RPİ 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 11-də Bakı şəhər sakini Leyla Şahbazovaya məxsus evdən 9.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən paytax sakini Fərid Baxşıyev tutulub.

Xəbər xətti