Qoşunların qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

12:32 - 17 Avqust 2016 - Xəbər

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 17-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Ağstafa rayonunun Tatlı kəndi sahəsində qoşunların qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Saymon Tiller keçiriblər.
Ermənistan tərəfindən isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik və onun səhra köməkçiləri Jiri Aberle və Piter Şvedberq keçiriblər.

Xəbər xətti