Elmar Qasımov: "Qafqaz Universitetində 1 nəfər də türkiyəli müəllim qalmayıb"

11:48 - 17 Avqust 2016 - Xəbər

“Qafqaz Universitetinin müəllim heyətində artıq 1 nəfər belə Türkiyə vətəndaşı olan müəllim qalmayıb”.Lent.az-a açıqlama verən universitetin müvəqqəti rektoru Elmar Qasımov bildirib ki, işdən çıxarılan 50-yə yaxın türkiyəli müəllimin əvəzinə yerli kadrlara üstünlük verilməsi daha məqsədəuyğun sayılıb.E.Qasımovun sözlərinə görə,  müqaviləsinə xitam verilən  türk müəllimlərin yerinə təyin olunmuş yerli kadrlar əsasən  Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində təhsil alan  yerli mütəxəssislərdir.E.Qasımov qeyd edib ki, türkiyəli müəllimlərin işdən çıxarılması ilə bağlı Türkiyə Səfirliyi  və ya Türkiyə hüquq-mühafizə orqanlarının tələbi olmayıb: “Sadəcə onların əmək müqaviləsi bitib, biz də müqaviləni yeniləmədik və fikirləşdik ki, yerli kadrlara üstünlük versək, daha doğru olar”.

Xəbər xətti