Masallı və Xətai rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

16:55 - 16 Avqust 2016 - Cəmiyyət

 Avqustun 17-də saat 12:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Keşlə” və Astara magistral qaz kəmərləri sahəsinin “Tüklə” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Masallı rayonunun Tüklə, Zövlə, Boradigah və Bəndəlan kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Xətai rayonunun bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür.

Xəbər xətti