FİFA-nın keçmiş prezidenti vəfat edib

16:52 - 16 Avqust 2016 - Xəbər

 Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) 7-ci prezidenti Joao Avelanj 101 yaşında vəfat edib.
"Report" Braziliya mətbuatına istinadən xəbər verir ki, bu ilin iyulunda keçmiş prezident ağ ciyərin iltihabı (pnevmoniya) diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
J.Avelanj 2012-ci ildə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. O, 2014-cü ilin iyununda tənəffüs yolunda yaranan problemə görə xəstəxanada müalicə olunub. 
Qeyd edək ki, Joao Avelanj 1974-1998-ci illərdə FİFA-ya rəhbərlik edib. 

Xəbər xətti