Hüseyn Bağırov Ağdaşda 5 rayonun sakinlərini qəbul edəcək

16:02 - 16 Avqust 2016 - Xəbər

 Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Ağdaşda vətəndaşları qəbul edəcək. Nazirlikdən verilən məlumata görə, görüş avqustun 26-da saat 10:00-da Ağdaş şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Xiyabanı 5) olacaq.
Qəbulda Ağdaş, Mingəçevir, Yevlax, Goranboy və Naftalan rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin Ağdaş Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə (Ağdaş şəhəri, Heydər Əliyev Prospekti 1) müraciət edə (əlaqə telefonları: 020-235-51-10, 050-674-53-42, 050-612-54-00) bilərlər.

Xəbər xətti