Prezident İlham Əliyev Sərdar Eyvazova fəxri ad verdi

14:38 - 16 Avqust 2016 - Xəbər

Azərbaycan Prezidenti İlham Əliyev Sərdar Sübhan oğlu Eyvazova Azərbaycan Respublikasının “Əməkdar müəllim” fəxri adı verilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Prezidenti İlham Əliyev qərara alıb:
“Azərbaycan Respublikasında Dövlət Sərhəd Xidmətinin təhsil sahəsinin inkişafındakı xidmətlərinə görə Sərdar Sübhan oğlu Eyvazova Azərbaycan Respublikasının “Əməkdar müəllim” fəxri adı verilsin”.

Xəbər xətti