Hakan Şükürün villasında axtarış aparılıb

13:30 - 16 Avqust 2016 - DÜNYA

 Fetullahçı Terror Təşkilatına (FETÖ) qarşı görülən istintaq-əməliyyat tədbirləri çərçivəsində futbol üzrə Türkiyə millisinin keçmiş oyunçusu Hakan Şükürün villasında axtarış aparılıb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, futbolçunun malikanəsində axtarış Hakan Şükür barəsində çıxarılan həbs qətimkan tədbiri qərarı əsasında aparılıb.
Qeyd edək ki, Sakarya məhkəməsinin qərarına əsasən keçmiş futbolçunun villası müsadirə edilib.

Xəbər xətti