Satışda saxta məktəbli formaları var

13:26 - 16 Avqust 2016 - Cəmiyyət

"Bakı Tikiş Evinin adından saxta və standartlara uyğun olmayan məktəbli geyimlərinin satışa çıxarılması ilə bağlı məlumatlar almışıq".Bu barədə interpress.az-a açıqlamasında Bakı Tikiş Evinin direktoru Etibar Əzimov deyib.
Onun sözlərinə görə, bununla bağlı araşdırmalar aparılır: ""Bakı" kinoteatrının yanında, "Əhmədli" metro staniyasının çıxışında mənşəyi bilinməyən məktəbli forması BTE-nin adında satılır. Bu hallar Sədərək və Binə Ticarət mərkəzlərində də çoxdur. Eyni zamanda, Ağa Nemətulla küçəsində də bəzi yerlərində qeyri-qanuni satışın olması ilə bağlı xəbərdarlıq siqnalları almışıq. Bununla bağlı, Daxili İşlər Nazirliyi, İqtisadi Cinayətkarlığa Qarşı Mübarzə İdarəsi, Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi, İqtisadiyyat Nazirliyinə məktub göndərəcəyik".

Bundan başqa, E.Əzimov əlavə etdi ki, ötən il aparılan monitorinqlər zamanı 5 müəsissənin fəaliyyəti dayandırılıb və barələrində inzibati cəza tədbirləri görülüb.

Xəbər xətti