Azərbaycan "Mi-17" helikopterləri üçün ehtiyat hissələri alacaq

11:38 - 16 Avqust 2016 - Xəbər

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) "Mi-17-1V" tipli helikopterlər üçün ehtiyat hissələrinin alınması ilə bağlı tender elan edib. “Report” xəbər verir ki, iştirakçılar heç bir halda geri qaytarılmayan 1 500 manatlıq iştirak haqqı ödəməlidir.
Həmçinin, zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olacaq tender təklifi dəyərinin 2%-i həcmində bank təminatının da təqdim edilməsi tələb olunur.
İddiaçılar tenderdə iştirak etmək üçün sənədləri sentyabrın 19-u saat 17:00-dək, tender təklifi, bank zəmanəti və iş qrafikini isə sentyabrın 28-i saat 16:00-dək Dövlət Sərhəd Xidmətinin Tender Komissiyasına təqdim etməlidirlər.
Tender təkliflərində sərfəli qiymət və yüksək keyfiyyətlə qiymətləndirilən meyarlara üstünlük veriləcəyi bəyan edilib.
İddiaçıların təklifləri sentyabrın 29-u saat 15:00-da Bakı şəhəri, Zərifə Əliyeva küçəsi,30 ünvanında yerləşən Dövlət Sərhəd Xidməti Aparatının inzibati binasında açılacaq.

Xəbər xətti