Bakı Nəqliyyat Agentliyi monitorinqlərə başlayır

15:16 - 15 Avqust 2016 - Xəbər

Bakıda fəaliyyət göstərən taksi-minik avtomobilləri və avtobuslarla bağlı monitorinq aparılacaq. Bakı Nəqliyyat Agentliyinin baş drektorunun müşaviri Mübariz Abbasov bildirib ki, monitorinqin məqsədi taksi-minik avtomobilləri və avtobusların standartlara cavab verməsini müəyyən etməkdir.
M.Abbasov bildirib ki, Bakıda və Abşeronda 16 mindən artıq taksi-minik avtomobili, 2300-dən çox orta və iri tutumlu avtobuslar var: “Bakı şəhərinin inzibati ərazisində daşıma fəaliyyəti həyata keçirən 53 hüquqi və fiziki şəxsə məxsus nəqliyyat vasitələrinə, eyni zamanda, istehsalat bazalarında monitorinq aparılacaq. Nəqliyyat vasitələrinin istismara yararlı olub-olmaması vacibdir”.

Xəbər xətti