Moskvada öldürülən şəxslər azərbaycanlı deyilmiş - ADLAR

18:02 - 12 Avqust 2016 - Xəbər

 “Moskovskiy Komsomolskiy” qəzetinin yazdığına görə Moskvada öldürülənlər Azərbaycan vətəndaşı deyil.Lent.az-ın mk.ru-ya istinadən məlumatına görə, öldürülənlər  69 yaşlı erməni Lev Kamalyan və 39 yaşlı qırğız Nurik Mumduzovdur. Onlar “Ryanzanaskiy prospekt” metrosunun yaxınlığında slavyan görkəmli şəxslər tərəfindən bıçaqlanıblar.Bu vaxt onlara köməyə gələn 29 yaşlı  Aleksandr cinayəti törədən şəxsləri qovalamağa başlayıb. Onlara çatan Aleksandr da  çiynindən yaralanıb. 

Xəbər xətti