Şahrux Xan polisə düşdü

15:42 - 12 Avqust 2016 - Xəbər

Bollivudun ulduzu Şahrux Xan ABŞ-da polis tərəfindən saxlanılıb.“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, aktyor Los-Angeles hava limanında səbəb göstərilmədən nəzarətə götürüldüyün bildirib. Xan tvitterdə paylaşım edərək yaşadıqlarını böyük xəyal qırıqlığı olaraq xarakterizə edib.
“Təhlükəsizlik üçün alınan tədbirləri tamamilə anlayır və hörmət edirəm, lakin ABŞ-a hər getdiyimdə Miqrasiya Bürosu tərəfindən nəzarətə alınmaq həqiqətən bərbad bir vəziyyətdir”. Aktyor hava limanında geniş yayılmış “Pokemon” oyunu oynamaq istəyib.
Hava limanında olan nəzarətçilər onun qəribə hərəkətlərindən narahat olub, nəzarətə götürüblər.
Xatırladaq ki, film ulduzu 2009-cu ildə Newark hava limanında təxminən 2 saat, 2012-ci ildə də New -York yaxınlığındakı White Plains hava aeroportunda təxminən 90 dəqiqə saxlanılmış, daha sonra buraxılmışdır.

Xəbər xətti