Pornohakerlər “İnstaqram”a hücum etdi

14:25 - 12 Avqust 2016 - MARAQLI

Kibercinayətkarlar “İnstaqram” sosial şəbəkəsinə hücum edib. İKT.lent.az-ın “runews24.ru” saytına istinadən məlumatına görə, bu hakerlər əsasən istifadəçilərin akkauntundakı şəkilləri pornoqrafik məzmunlu şəkillərlə əvəz edirlər.İstifadəçilərin profilləri porno saytlara və ya intim əlaqə üçün tanışlığa həsr olunan resurslara aparan digər keçidlərlə əvəz olunur. Mütəxəssislər hesab edir ki, hakerlər hər belə keçid üçün pul əldə edirlər. Kompüter təhlükəsizliyi ilə məşğul olan “Simantec” şirkətində isə hesab edirlər ki, çoxlu sayda akkauntların sındırılması istifadəçilərin asan şifrə və parollarının olduğu zaman mümkündür. 

Xəbər xətti