Həbsdə olan teleaparıcı azadlığa çıxmaq üçün müraciət etdi

12:41 - 12 Avqust 2016 - Xəbər

Bir sıra telekanallarda kriminal rubrikanın aparıcı işləmiş Azər İsrafilov həbsdən azad olunması üçün məhkəməyə müraciət edib. Məlumata görə, Azər İsrafilov vaxtından əvvəl şərti cəza ilə həbsdən azad olunması üçün Xəzər rayon Məhkəməsinə ərizə yazıb. 
Məlumata görə, Azər İsrafilovun ərizəsi hakim Zeynəb Axundovanın icraatındadır. Azər İsrafilovun bildirdiyinə görə, 20 gündər artıq vaxtdır ərizəsi hakimin icraatında olasa da, hakim ərizənin təmin olunub-olunmaması ilə bağlı qərara qəbul etməyib: “Mənim həbsdən vaxtından əvvəl azad olunmağım üçün qanuni və hüquqi baxımdan maneə qalmayıb. Çünki cəza çəkdiyim müddətdə hər hansı bir cəza almamışam. Həmişə müsbət xarakterizə olunmuşam. Bütün bunlarda əsas verir ki, vaxtından əvvəl şərti cəza ilə azad oluna bilərəm. Amma nədənsə məni həbsdən azad etmirlər”.
Azər İsrafilov dələduzluq cinayəti törətsə də, zərərçəkmişə dəymiş ziyanı tam ödəyib. Zərərçəkmişin ondan hər hansı bir şikayəti yoxdur. Amma Bakı şəhər Prokurorluğunun dövlət ittihamı idarəsi Azər İsrafilovun azadlığa çıxmasına müsbət rəy vermək istəmir. 
Bundan başqa, bu ilin iyunun 1-də Prezident İlham Əliyevin sərəncamı ilə iqtisadi amnstiya élan edilib. Həbsdə olan jurnalistə bu amnstiya da şamil olunması mümkündür. 
Amma Azər İsrifailov deyir ki, ona bu amnsitayanının da şamil olunmasından məhrum edilib. Jurnalist deyir ki, cəzasın üçdə birini çəkib. Amma onu yenə də azadlığa buraxmaq istəmirlər. 
Azər İsrafilov bir neçə dəfə Əfv olunması üçün Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Həbsdə olan jurnalist işinə düzgün baxılması üçün yenə də prezidentdən kömək istəyir.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər İsrafilov 7 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan teleaparıcı məhkəmə zalından həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Azər İsrafilovun cəzasını 3 ilə endirib.  Ali Məhkəmə isə onun kasasiya şikayətini təmin etməyib. 
Azər İsrafilov 2014-cü ilin may ayından həbsdədir. Jurnalist 2 il 2 aydır ki, həbsxana həyatı yaşayır. Onun cəzası tam olaraq 2017-ci ilin may ayında başa çatacaq. 

Azər İsrafilov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub. Buna səbəb 2013-cü ildə vətəndaş Sevinc Səfərovadan aldığı 20 min manatın pulun əvəzinə 11 min 500 manat qaytarması olub. O, məhkəmə araşdırması dövründə zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəyib. Bu səbəbdən də zərərçəkmiş şikayətindən imtina edib. 

Azər İsrafilov bir sıra televiziyalarda kriminal müxbir kimi işləyib. O, 2007-2010-cu illərdə ANS-də çalışıb. Daha sonra isə İctimai Televiziyanın “Qanundan kənar” verilişinin müxbiri kimi fəaliyyət göstərib. O 2013-cü ilin iyun ayında İTV-dən ayrılıb.

 

Xəbər xətti