Prezident AzərTAc-ın əsasnaməsində dəyişiklik etdi

17:46 - 10 Avqust 2016 - Xəbər

Prezident İlham Əliyev bu gün Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 iyun tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Dəyişikliyə əsasən, AZƏRTAC-ın saxlanma xərcləri və fəaliyyəti Azərbaycanın dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, habelə xidmətlər göstərilməsindən və işlər görülməsindən əldə edilən vəsait hesabına maliyyələşdiriləcək.

Xəbər xətti