Türkiyə Rusiya yığmasının təhlükəsizliyinə zəmanət verir

15:53 - 10 Avqust 2016 - DÜNYA

 Türkiyə Antalyada Rusiya yığması ilə keçiriləcək yoldaşlıq oyunu zamanı qonaqların təhlükəsizliyinə zəmanət verir."Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Məlumatda bildirilib ki, rusiyalı futbolçuların və azarkeşlərin təhlükəsizliyi tam təmin olunacaq. Bu məqsədlə oyun zamanı polis və xüsusi təhlükəsizlik xidmətləri də cəlb ediləcək: "Türkiyədə beynəlxalq görüşlər, o cümlədən Çempionlar Liqası və Avropa Liqası qarşılaşmaları heç bir problem olmadan keçirilir. Son 10 ildə Türkiyəyə səfər edən klub və yığmaların təhlükəsizliklə bağlı heç bir problemlə üzləşməməsinə nail olmuşuq. Antaliyadakı matçın problemsiz keçəcəyinə əminik". 
Qeyd edək ki, Türkiyə-Rusiya oyunu avqustun 31-də keçiriləcək. 

Xəbər xətti