​İmişlidə növbəti dəfə zəlzələ olub

15:00 - 10 Avqust 2016 - Xəbər

 İmişli rayonunda növbəti dəfə zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”a verilən məlumata görə, yerli vaxtla saat 14:30:13-də Beyləqandan 35 km şimal-şərqdə İmişli rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Zəlzələnin maqnitudası 3.0, dərinliyi 24 km olub.

Xəbər xətti