Gömrükçülər avtomobildə 144 ədəd qaçaqmal araq aşkar edib

14:49 - 10 Avqust 2016 - Xəbər

 Dövlət Gömrük Komitəsi (DGK) Gəncə Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsi Qazax-Gəncə yolunda saxlanılıb. DGK-nin mətbuat xidmətindən verilən xəbərə görə, həmin nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.Baxış zamanı, nəqliyyat vasitəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən 144 ədəd 1 litrlik “Nemiroff” adlı araqlar aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti