ANS-in MTRŞ-ya qarşı şikayəti üzrə məhkəmə keçirilib

13:14 - 10 Avqust 2016 - Xəbər

Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayəti üzrə məhkəmə prosesi keçirilib.
“Report”un xəbərinə görə, hakim Elşanə Vəliyevanın sədrlik etdiyi prosesdə işin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunub.
Qeyd edək ki, MTRŞ ANS TV-nin yayımının bir ay müddətində dayandırılması barədə qərar qəbul edib. ANS həmin qərarın ləğv edilməsini istəyir.
Xatırladaq ki, iyulun 29-da isə Bakı Apellyasiya Məhkəməsi MTRŞ-nın “ANS Müstəqil Yayım və Media” Şirkətinin fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə məhkəmə iddiasına baxıb və şirkətin lisenziyası ləğv edilib.

Xəbər xətti